“Mançester Siti”nin tarixinə düşdü

İngiltərənin “Mançester Siti” klubunda noyabrın ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Portuqaliya millisinin futbolçusu Bernardo Silva ötən ayın ən yaxşısı elan olunub.

Bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilmiş sorğuda 48 faiz səs toplayıb. Joao Kanselo 35 faiz səslə ikinci, Rodriqo isə 17 faiz səslə üçüncü olub.

Ardıcıl 3-cü dəfə bu ada layiq görülən təcrübəli vinger “Mançester Siti”nin tarixinə düşüb. Silvadan öncə heç bir futbolçu ardıcıl üç dəfə bu komandanın ən yaxşısı seçilməmişdi.

Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button