
İngiltərə klubunun Kamavinqa planı
“Mançester Siti” yayda “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etməyi düşünür.
Komanda.az “Football Transfers”-ə istinadən xəbər verir ki, “şəhərlilər” fransalı futbolçunun köməyi ilə iki oyunçunun – İlkay Gündoğan və Bernardo Silvanın gedişini sığortalamağı planlaşdırır.
Adı çəkilən hər iki oyunçudan cari mövsümün sonunda yeni klublar axtarmaq tələb olunub. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da Kamavinqanın alınmasının tərəfdarı olduğunu bildirib.
Kamavinqa bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



