Qvardiola Aqueronun yeni klubunu açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubu tərk edən Serxio Aqueronun yeni ünvanını açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, argentinalı hücumçunun “Barselona”da oynayacağını deyib:

“Aquero tarixin ən yaxşı futbolçusu Lionel Messi ilə birlikdə oynayacaq. O, “Barselona”nı daha güclü edəcək”.

Aqueronun “Barselona” ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button