Qvardiola: “Bu, Çempionlar Liqasını qazanmaqdan daha çətindir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Federasiya kubokunun finalında “Uotford”u məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 6:0 hesabıyla bitən görüşdən sonra bunları deyib:

“Çempionlar Liqasını sevirəm, ancaq İngiltərədə 3 kuboku da qazanmaq, Çempionlar Liqasını qazanmaqdan daha çətindir.

Mənim üçüm möhtəşəm final oldu. İnanılmaz bir mövsüm keçirdik. Ancaq hər zaman daha yaxşı olmağı düşünməliyik. Həyatın hər sahəsində yerində saymaq çox məntiqsizdir”.

“Mançester Siti” bu mövsüm İngiltərə Liqa kubokunda, Premyer Liqada və Federasiya kubokunda qalib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button