“Biz bu turnirdə qalib olmaq üçün hazır deyilik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan ispan mütəxəssis, Çempionlar Liqasını qazanmağa hələ hazır olmadıqlarını deyib:

“Hamı deyir ki, məqsədimiz Çempionlar Liqasını qazanmaqdır. Ancaq biz bu turnirdə qalib olmaq üçün hazır deyilik. Hər oyunda mümkün qədər çox qol imkanları yaradırıq, amma yenə də çatışmazlıqlar var.

Son iki mövsümdə yüksək performans sərgiləyirik. Şanslarımızı reallaşdırmaq üçün daha çox işləməliyik”.