Aquerodan “Mançester Siti”nin əməkdaşlarına jest FOTO

“Mançester Siti”dən ayrılan Serxio Aquero klubun işçilərinə jest edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu “Mançester Siti”nin 60 işçisinə saat hədiyyə edib. O, saatların arxasına “Təşəkkür edirəm! Kun Aquero” yazdıraraq, 10 il formasını geyindiyi klubun işçilərinə təşəkkür edib.

Hədiyyə edilən saatların dəyəri 1200-1650 funt-sterlinq arasında olub. Aquero bundan başqa, “Mançester Siti”dən bir nəfərə “Range Rover” markalı avtomobil hədiyyə edib. O, klubun işçilərinə maddi yardım da edib.

“Mançester Siti”dən ayrılan Aquero “Barselona” ilə iki illik müqavilə imzalayıb.