“Mançester Siti”də 21 nəfər koronavirusa yoluxub

İngiltərənin “Mançester Siti” klubunda 21 nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə komandanın məşqçisi Rodolfo Borrell açıqlama verib.

O, jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında baş məşqçi Xosep Qvardiola ilə yanaşı, bir neçə futbolçunun da koronavirusa yoluxduğunu bildirib. COVİD-19 testi pozitiv çıxan digər şəxslər isə klubun əməkdaşlarıdır.

“Mançester Siti” yanvarın 7-də İngiltərə kuboku çərçivəsində “Suindon Taun”unun qonağı olacaq.