MS “Real”ın futbolçusuna 15 milyon avro təklif etməyə hazırdır

“Real”ın yarımmüdafiəçisi Toni Kroos klubu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” almaniyalı futbolçu ilə maraqlanır. İngiltərə klubu Kroosa 15 milyon avro maaş təklif etməyə hazırdır.

33 yaşlı yarımmüdafiəçi 2014-cü ilin iyulundan “Real”da çıxış edir. Bu mövsüm futbolçu Madrid klubunun heyətində bütün turnirlərdə 19 matçda iştirak edib, bir qol vurub, beş məhsuldar ötürmə edib.

Hazırda İspaniya La Liqasının 15 turundan sonra “Real” 38 xal toplayıb və çempionata başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button