
Niderlandlı futbolçunun “elçilər”i artır
“Mançester Siti”nin müdafiəçisi Natan Akeyə transfer bazarında böyük tələbat var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə Premyer Liqanın bir neçə klubu maraqlanır. Bu siyahıda “Vest Hem”, “Bornmut”, “Kristal Pelas” və “Fulhem” yer alır. Akenin daha əvvəl “Barselona”ya keçə biləcəyi də bildirilib.
30 yaşlı müdafiəçi 2020-ci ildən “Mançester Siti”də oynayır. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



