İngiltərə klubu Vinisiusu “Real”dan “oğurlamaq” istəyir

“Mançester Siti” “Real”ın hücumçusu Vinisius Juniorun müqavilə vəziyyətini yaxından izləyir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “şəhərlilər” braziliyalı futbolçunu komandaya qoşulmağa razı salacaqlarına ümid edirlər.

İngiltərə klubu Vinisiusa maaş limiti səbəbindən “Real”ın edə bilməyəcəyi müqavilə şərtlərini təklif edə bilər. Onlar oyunçunu “Real”la müddəti 2027-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləməməyə razı sala bilərlər.

26 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 37 oyunda meydana çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button