İrqçilik edən azarkeşə ömürlük cəza verildi

“Mançester Siti” klubunun azarkeşi irqçilik etdiyi üçün sərt cəzalandırılıb.

Komanda.az “Sky Sport”a istinadən xəbər verir ki, 2019-cu ildə keçirilən “Mançester Siti” – “Mançester Yunayted” matçında (1:2) rəqib komandanın futbolçularına qarşı irqçi şüarlar səsləndirən və jestlər edən azarkeş cəzalandırılıb.

İrqçilik edən fanat 990 avro məbləğində cərimələnib. Bundan başqa, azarkeşin “Mançester Siti”nin oyunlarına buraxılmasına ömürlük qadağa qoyulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button