“Mançester Siti” hücumçusuna yeni müqavilə təklif edəcək

“Mançester Siti” klubu futbolçusu Rahim Sterlinqə yeni müqavilə təklif etməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. “Şəhərlilər” ingilis hücumçu ilə yeni – uzunmüddətli sözləşmə imzalamaq niyyətindədir.

Sterlinq bu mövsüm “Mançester Siti”də 47 oyunda 14 qol vurub, 11 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button