“Mançester Siti” başqa planetdən olan komandadır”

“Arsenal”ın keçmiş futbolçusu Pol Merson “Mançester Siti” haqda fikirlərini bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “şəhərlilər”in başqa planetdən olduğunu söyləyib:

“Onlar öz tərzlərinə uyğun futbol sərgiləyən ən güclü komandadır. Formada olduqları zaman hansısa komandanın onlarla rəqabət aparması çətin görünür.

“Mançester Siti” “Arsenal”a öz oyununu sərgiləməyə imkan vermədi, londonluları məğlub etdi. “Topçular”ı danlamaq fikrim yoxdur, çünki “şəhərlilər”lə heç kim rəqabət apara bilməz. “Mançester Siti” başqa planetdən olan komandadır”.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 75 xalla birinci, Mançester təmsilçisi isə 73 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button