“Real”ı məğlub etməyin başqa yolu yoxdur”

“Malyorka” klubunun baş məşqçisi Visente Moreno La Liqanın 9-cu turunda “Real”ı məğlub etdikləri oyundan (1:0) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Moreno “Real”ı məğlub etdikləri üçün sevindiklərini bildirib:

“Real”ı məğlub etmək çox çətindir. Ancaq bu gün nə olur olsun, 3 xala ehtiyacımız var idi. Hələ inkişa etdirməli tərəflərimiz var, ancaq indi qazandığımız nəticəyə sevinməliyik.

Son dəqiqəyə qədər mübarizə apardıq, bir az da şansımız gətirdi. Onsuz da “Real”ı məğlub etməyin başqa yolu yoxdur. Ancaq hər şey istədiyiniz kimi gedərsə, qazanmaq üçün bir az şansınız olar. Bu oyunda hər şey bizim üçün möhtəşəm oldu.

Sabah “Real”ı məğlub etməyimiz haqda danışa bilərik. Ancaq tək bu oyunu 3 xalla bitirməklə deyil, daha üst sıralara yüksəlməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button