Mahirli “Dinamo” səfərdən xalsız döndü

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, komanda 10-cu tur çərçivəsində səfərdə “Hayduk” (Split) ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Emreli də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 25-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Dinamo” hazırda turnir cədvəlində 16 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button