Mahir Emreli Konfrans Liqası üçün sifariş edildi

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

Komanda.az Zaqreb klubunun rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, 28 oyunçudan ibarət siyahıya Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil edilib.

“Dinamo” G qrupunda “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan) və “Balkani” (Kosovo) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button