Mahir Emreli: “Karyera baxımından ağır mövsüm keçirdim”

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Zaqreb “Dinamo”sunun hücumçusu son mövsümün onun üçün ağır keçdiyini deyib:

“Karyera baxımından ağır mövsüm keçirdim. Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son görüşdəki nəticədən sonra bura daha yaxşı əhval-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəm. Məqsədimiz üç xal qazanaraq, azarkeşləri sevindirməkdir”.

İyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button