Mərakeş – Braziliya oyunu ləğv edildi

Mərakeş və Braziliyanın gənclər yığmaları arasında yoldaşlıq oyunu ləğv edilib.

Komanda.az xəbər verir ki, bu barədə Mərakeş Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, matçın təxirə salınmasının səbəbi Mərakeşdə baş verən güclü zəlzələdir. Ölkədə üç günlük matəm elan edildiyindən, bu gün keçirilməli olan oyun baş tutmayacaq.

Xatırladaq ki, sentyabrın 8-də baş vermiş zəlzələ nəticəsində 2000-dən çox adam həyatını itirib.


Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button