“Məqsədim kuboklar qazanmaqdır” – “Arsenal”ın yeni futbolçusu

“Arsenal”ın yeni transferi Kay Haverts “topçular”a keçidini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubun zəngin tarixinin olduğunu diqqətə çatdırıb:

“Arsenal”a keçdiyim üçün xoşbəxtəm. Mənim üçün həyəcanlı andır. “Arsenal”ın tarixi zəngindir. Ümid edirəm ki, komanda yoldaşlarımla birlikdə çoxlu uğurlar qazanacağıq.

Məqsədim kuboklar qazanmaqdır. Oyun üslubumla azarkeşləri və klubdakı hər kəsi sevindirmək üçün əlimdən gələni edəcəm. Yeni komanda yoldaşlarımla görüşməyi səbirsizliklə gözləyirəm”.

24 yaşlı almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer “Arsenal”a 70 milyon avroya başa gəlib. Futbolçu “Arsenal”da 29 nömrəli formanı geyinəcək.

Haverts “Çelsi” ilə İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə 35 oyuna çıxıb, 7 qol vurub və 1 qol ötürməsi verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button