“Mənim başqa bir niyyətim yox idi” – Kavani

İngiltərə Futbol Federasiyası tərəfindən üç oyunluq cəzalandırılan “Mançester Yunayted”in hücumçusu Edinson Kavani açıqlama verib.

Komanda.az xəbər verir ki, irqçilik etdiyi üçün cəzalandırılan Kavani, sosial şəbəkə hesabından paylaşım edib:

“Məni narahat edən bu məsələni daha artıq uzatmaq istəmirəm. İngilis dilinin qanunlarına yad olduğum üçün bu cəzanı qəbul edirəm. Sevgi ifadəsi göstərmək istədiyim birini incitmişəmsə, üzr istəyirəm. Mənim başqa bir niyyətim yox idi. Sevginizi və dəstəyinizi qiymətləndirirəm. Ürəyim rahatdır, çünki hisslərimi sevgi ilə ifadə etdiyimi bilirəm”.

Uruqvaylı futbolçu “instagram”da azarkeşə qarşı irqçilik etdiyi üçün cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button