Deku Xavidən elə açıqlama gözləmirmiş

“Barselona”nın idman direktoru Deku komandanın baş məşqçisi Xavinin mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Deku ispaniyalı mütəxəssisin açıqlamasını gözləmədiyini bildirib:

“Mən Xavinin açıqlamasını gözləmirdim. Onunla gündən-günə işləyirdim və bir neçə həftə ərzində Vitor Roke ilə müqaviləyə bənzər müqavilələr imzalamağı planlaşdırırdıq. Həmçinin, Baldenin zədəsi səbəbindən yanvarda müqavilə imzalamağımız lazım olub-olmadığına qərar verirdik”.

Xavi La Liqanın 22-ci turunda “Vilyarreal”a məğlubiyyətdən (3:5) sonra mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayıb. O, 2021-ci ilin payızından komandaya rəhbərlik edir. “Barsa” İspaniya çempionatının turnir cədvəlində 50 xalla üçüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button