142 min manat borcu qaytarmamaqda ittiham olunan Vaqif Cavadov Komanda.az-a danışdı

Xəbər verdiyimiz kimi, Dilarə Bağırova adlı xanım Azərbaycanın milli komandasının keçmiş futbolçusu Vaqif Cavadovdan şikayətçi olub.  

Bağırova iddia edir ki, Cavadov 4 il əvvəl ondan 142 min manat borc alıb, hələ də geri qaytarmayıb. 

Hazırda Qazaxıstanın “Turan” klubunda köməkçi məşqçi vəzifəsində çalışan Vaqif Cavadovun haqqında irəli sürülən ittihamlara münasibətini öyrəndik. 

Cavadov, Komanda.az-a açıqlamasında, bu məsələdən xəbərsiz olduğunu söylədi:

  • Birincisi, elə bir şey ola bilməz. İkincisi də ki, bu məsələni şişirtmək lazım deyil. Azərbaycanda qanun var, kimin kimə borcu varsa, məhkəməyə müraciət edir, məsələ həll olunur. Mənim heç kimə borcum yoxdur. Sübutu varsa, gətirsin qoysun ortaya. Bu xanım nəyin “peşindədir”, bilmirəm. Mənim adımı ləkəmək istəyirsə, onda o şey alınmayacaq. Məni tanıyan tanıyır. Kimin kimə borcu varsa, ya məhkəmə yolu ilə, ya da başqa yolla həll olunur. Mən bu cür məsələlərə baş qoşmaq istəmirəm. Qoy nə istəyirlər, danışsınlar.
  • Xanım iddia edir ki, 4 ildir borcunuzu qaytarmırsız.
  • Yenə də deyirəm, mən o xanımı tanımıram. Kimin nə sözü varsa, şikayəti varsa, getsin məhkəməyə. Mən heç o müsahibəni də oxumamışam, xəbərim yoxdur. Mən də həmin xanımı məhkəməyə verəcəm. Çünki bu, yalan söhbətdir. Mənim adımdan da məhkəmə işi qəbul olunacaq. Mənim xəbərim belə yoxdur bu məsələdən. Şişirtmək də lazım deyil.

Vaqif Cavadov Azərbaycanda “Qarabağ”, “Keşlə”, “Sumqayıt”, Niderlandda “Tvente” kimi klublarda oynayıb. Cavadov hazırda Qazaxıstanın “Turan” klubunda köməkçi məşqçi vəzifəsində çalışır. O, Azərbaycanın tanınmış sabiq futbolçusu İsgəndər Cavadovun qardaşı oğludur.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button