“Yamalla Messini müqayisə etmək yersizdir” – “Real”ın keçmiş futbolçusu

“Real”ın sabiq yarımmüdafiəçisi Quti Lamin Yamalın “Barselona”da debütünün Lionel Messinin debütü ilə müqayisə olunmasını şərh edib.

Komanda.az “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, “kral klubu”nun keçmiş üzvü bu müqayisənin düzgün olmadığını bildirib:

“Mənə görə Yamalla Messini müqayisə etmək yersizdir. Yamal çox yaxşıdır, amma heç bir oyunçu Messinin “Barselona”dakı səviyyəsinə çata bilməz”.

16 yaşlı Yamal “Barselona”nın məzunudur. O, 2023/24 mövsümündə 4 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button