Millinin baş məşqçisi Lukaku haqqında: “Hamı onun necə qollar vurduğunu unudurdu”

Belçika milli komandasının baş məşqçisi Roberto Martines “Mançester Yunayted”dən “İnter”ə transfer olunan Romelu Lukakuyla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis, Lukakunun İngiltərədə lazımi dəyəri görmədiyini deyib:

“Lukaku İngiltərədə çox vaxt lazımi səviyyədə qiymətləndirilmirdi. Səbəb aydındır, hər kəs onun çatışmayan cəhətlərini “9 nömrə” kimi təhlil edirdi. Hər kəs onun topu daha yaxşı idarə etməli, başı ilə daha yaxşı oynamalı və daha çox boşluq tapmalı olduğunu demək istəyirdi. Amma hamı onun necə qollar vurduğunu unudurdu. Onun statistikasına baxın. Onun yaşında çox az adam bu qədər qollar vurur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button