Lukaku AÇ-2024-ün seçmə mərhələsinin bombardiri oldu

Belçika millisinin futbolçusu Romelu Lukaku Avro-2024-ün seçmə mərhələsinin bombardiri olub.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu meydana çıxdığı 8 matçda 14 qol vuraraq bunu bacarıb.

Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo 10 qolla 2-ci, Fransa millisinin forvardı Kilian Mbappe 9 xalla 3-cü olub.

Avropa çempionatının final mərhələsi gələn ilin yayında Almaniyada keçiriləcək. Püşkatma dekabrın 2-də baş tutacaq.

Lukaku AÇ-2024-ün seçmə mərhələsinin sonuncu turunda Azərbaycana qarşı matçda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button