
“Luçesku mənim üçün ata kimi idi”
Sabiq futbolçu, Rumıniya millisinin yeni baş məşqçisi George Haci, Mirça Luçeskunun ölümü ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Rumıniya millisində əvəz etdyi Luçeskunu atası kimi gördüyünü bildirib:
“Söz tapmaqda çətinlik çəkirəm, amma Luçesku mənim üçün ata kimi idi. Dərin şokdayam. Çətin anlarda mənə çox kömək etdi. O, xüsusi bir insan, mənim müəllimim, mənim maestrom idi”.
Mirça Luçeskunun rəhbərliyi altında Haci 2000-ci ildə “Qalatasaray”ın heyətində UEFA superkubokunda qələbə qazanıb. O, həmçinin, “Real” və “Barselona”da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



