Lopeteqi Premyer Liqa klubunda – Rəsmi

İspaniyalı mütəxəssis Xulen Lopeteqi “Vest Hem”in baş məşqçisi təyin olunub.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Lopeteqi peşəkar karyerasına “Rayo Valyekano”da başlayıb. Daha sonra 54 yaşlı mütəxəssis “Kastilya”, İspaniyanın gənclərdən ibarət komandaları, bu ölkənin əsas milli komandası, “Portu”, “Real”, “Sevilya” və “Vulverhempton”da işləyib.

Mayın əvvəlində “Vest Hem” 2019-cu ilin dekabrından komandanın baş məşqçisi vəzifəsində çalışan David Moyesin 2023/2024 mövsümünün sonunda klubu tərk edəcəyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button