Sarri “Çelsi”nin futbolçusunu istəyir

“Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çik karyerasını “Latsio”da davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı ingilisin agenti yarımmüdafiəçinin transferində romalıların baş məşqçisi, vaxtı ilə “Çelsi”də çalışmış Mauritsio Sarrinin maraqlı olduğunu bildirib.

Loftus-Çik “Çelsi” ilə ötən mövsüm 40 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.