“Liverpul”un hücumçusuna İtaliyadan 2 “elçi”
“Liverpul”un hücumçusu Divok Origi karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” və “Atalanta” klubları Origini transfer etmək istəyir.
26 yaşlı belçikalı futbolçu mövsümün sonunda “Liverpul”u tərk etməyə hazırdır. Mersisaydlıların Origi ilə müqaviləni uzatmaq imkanı var.
Origi cari mövsümdə “Liverpul”un heyətində 14 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin