“Liverpul”un futbolçusu cəzalana bilər – İronik şərhə görə

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister Premyer Liqada “Tottenhem”lə son oyundan (1:2) sonra sosial şəbəkədə yazdığı ironik şərhə görə İngiltərə Futbol Assosiasiyası tərəfindən cəzalandırıla bilər.

Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa hakiminin dürüstlüyünü şübhə altına aldığı üçün argentinalı futbolçuya sanksiya tətbiq edilə bilər.

Oyundan sonra “Tottenhem”in müdafiəçisi Kristian Romero sosial şəbəkədə azarkeşlərlə birgə olan fotosunu paylaşıb və bu sözləri yazıb: “Güclü ruh, böyük ürək”. Makallister isə şərhdə belə yazıb: “12 oyunçu ilə oynadıqda bu, normaldır”. Futbolçu daha sonra şərhini silib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button