“Liverpul”un futbolçusu üçün mövsüm bitdi

“Liverpul”un futbolçusu Joel Matip mövsümün qalan hissəsini buraxacaq.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, Premyer Liqanın 14-cü turunun “Fulhem”lə matçında zədələnən kamerunlu müdafiəçinin dizinin ön çarpaz bağının yırtıldığını bildirib:

“Təəssüf ki, ilk saniyədən gözlədiyimiz oldu. Onun öz çarpaz bağı yırtılıb. Bəxtimiz gətirmədi”.

Matipin “Liverpul”la müqaviləsi bu mövsümün sonunda başa çatır. O, bu mövsüm ümumilikdə 10 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button