PSJ-nin Neymar planı: 1-ni sat, 3-nü al

“Liverpul”un futbolçusu Sadio Mane karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, seneqallı hücumçu ilə PSJ yaxından maraqlanır. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, PSJ-nin Maneni Neymara əvəzləyici kimi düşündüyü bildirilib.

PSJ Neymarı 200 milyon avroya satıb, əvəzində 100 milyona Maneni, qalan məbləğə isə “Napoli”dən Xalidu Kulibalini və “Yuventus”dan Mattia de Şilyonu transfer etmək istəyir.

Manenin “Liverpul”la 2023-cü ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button