“Premyer Liqanı qazanmaq üçün nəyin lazım olduğunu bilirik” – Salah

“Liverpul”un futbolçusu Məhəmməd Salah Premyer Liqanın 9-cu turunda “Mançester Yunayted”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, misirli hücumçu, 5:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Burda 5:0 hesablı qələbə qazanmaq çox möhtəşəmdir. Oyundan əvvəl matçın çətin keçəcəyini bilirdik. Meydan sahiblərinin təzyiq edəcəyini nəzərə alırdıq və bütün gücümüzlə oynadıq. Komandamın qələbəsində pay sahibi olduğum üçün çox xoşbəxtəm. Qələbələri sıralamaq üçün əlimdən gələni edəcəm.

Premyer Liqanı qazanmaq üçün nəyin lazım olduğunu bilirik. İki il əvvəl bunu bacarmışıq. İndi “Old Trafford”da möhtəşəm qələbə qazandıq. Hesabın əhəmiyyəti yoxdur, nəticədə, qazanılan üç xal var”.