Salahın hədəfi

“Liverpul”un futbolçusu Məhəmməd Salah Premyer Liqada “Everton”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “Goal” nəşrinə danışan misirli hücumçu, 4:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Oyundan əvvəl baş məşqçimiz Yurgen Klopp “Everton”un gücündən bəhs etdi. Onlar bizə çətinlik yarada bilərdilər. Sadəcə futbolumuzu oynamalı və imkanlar yaratmalı idik.

Hesab 2:1 olanda oyun çətin keçirdi, amma 3:1-dən sonra daha rahatlaşdıq. Müdafiəçilərin səhv etməsini gözləyirdim.

Bu mövsüm əsas hədəfim titul qazanmaqdır. Ya Çempionlar Liqasını, ya da Premyer Liqanı. Ümid edirəm ki, hər ikisini qazana bilərik. Bunun üçün çalışacağıq”.