“Qarabağ”ın rəqibi “Liverpul”un futbolçusu ilə maraqlanır

“Liverpul”un futbolçusu Loris Karius qışda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Mersisayd təmsilçisində əsas heyətə düşə bilməyən 28 yaşlı qapıçı “Liverpul”dan ayrılmaq niyyətindədir.

Kariusla İsveçrənin “Bazel” klubu yaxından maraqlanır.

“Bazel” Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”, “Omoniya” (Kipr) və “Kayrat”la (Qazaxıstan) mübarizə aparır. İsveçrə təmsilçisi ilk oyunda “Qarabağ”la Bakıda qolsuz heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button