“Liverpul”un hücumçusu İtaliya klubuna keçə bilər

“Liverpul”un futbolçusu Divok Origi İtaliya klublarının hədəfinə düşüb.

Komanda.az xəbər verir ki, “Milan” və “Atalanta” belçikalı hücumçu ilə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Origi “Liverpul”da az şans qazanır və klubunu dəyişməyə müsbət yanaşır. “Milan” və “Atalanta” 26 yaşlı oyunçunun bu vəziyyətindən istifadə edərək, yanvarda onu heyətinə qatmaq üçün çalışacaq.

Origi bu mövsüm “Liverpul”la 10 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button