“Ümid edirəm ki, vurduğum qolu atam gördü” – Alisson

“Liverpul”un futbolçusu Alisson Bekker Premyer Liqanın 36-cı turunda “Vest Bromviç”i məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bildirib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, komandasına qələbə qazandıran qolu vuran braziliyalı qapıçı, matçla bağlı bunları deyib:

“Çox duyğulu oyun keçdi. Futbol mənim həyatımdır. Ümid edirəm ki, vurduğum qolu atam gördü. Bəzən işlər tərs gedəndə əsəbiləşərsən. Çox xoşbəxtəm, komandama kömək edə bildim. Hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır”.

“Liverpul” Premyer Liqada 5-ci sıradadır.

Alissonun atası Xose Bekker bu ilin fevral ayında göldə boğularaq vəfat edib.