Kloppdan 3:0-a şərh: “Qələbə qazanmağımız vacib idi”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 30-cu turunda “Arsenal”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az Mersisayd təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, 3:0 hesabıyla bitən qarşılaşmanı belə şərh edib:

“Çox yaxşı oynadıq. Oyundan əvvəl verdiyim bütün tapşırıqları yerinə yetirən futbolçularımdan razıyam. Onlara təşəkkür edirəm. Ümid edirəm ki, növbəti oyunlarda da azı bugünkü kimi çıxış edəcəyik.

Qələbə qazanmağımız vacib idi. Çünki hələ mübarizənin içində olduğumuzu göstərməli idik. Mövsüm bitməyib, qarşıda 8 oyun var. “Everton” və “Vest Hem” bizi keçə bilər. Qələbə qazanıb, rəqiblərimizin xal itirməsini gözləməliyik”.

“Liverpul” Premyer Liqada 5-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button