Klopp ehtiyatda saxladığı oyunçunu əfsanə adlandırdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Divok Origi haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Klopp, belçikalı hücumçunun əfsanə olduğunu söyləyib:

“Origi bir əfsanədir. Ümid edirəm ki, onun haqqında kitablar yazılar. Kimsə bunu etməsə, mən özüm etdirəcəm”.

Origi bu mövsüm “Liverpul”la cəmi 9 oyuna çıxıb və 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button