
“Liverpul”dan fransalı futbolçuya son xəbərdarlıq
“Liverpul”da müdafiəçisi İbrahima Konate ilə bağlı qeyri-müəyyənlik narazılıq yaradıb.
Fransalı futbolçunun müqaviləsinin müddəti başa çatmaq üzrədir. Klub rəhbərliyi oyunçunun qərarını gecikdirməsindən getdikcə daha çox narahatdır və ona yekun seçim etməsi üçün son tarixi müəyyənləşdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Konatenin vəziyyətini Avropanın bir sıra top-klubları – “Mançester Siti”, “Çelsi”, “Barselona”, “Real” və “Bayern” yaxından izləyir.
26 yaşlı futbolçu cari mövsümdə baş məşqçi Arne Slotun rəhbərliyi altında bütün turnirlərdə 41 oyuna çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



