“Liverpul” narazı futbolçu ilə danışıqlara başladı

İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalamaq qərarına gəlib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” Ceyms Milnerlə müqavilənin müddətini uzatmaq istəyir. Danışıqlara başlayan tərəflərin yaxın günlərdə növbəti dəfə bir araya gələrək, yekun qərarı verəcəyi gözlənilir. Futbolçunun əsas heyətdə kifayət qədər şans qazanmamasından narazı olduğu bildirilir.

33 yaşlı futbolçunun hazırkı müqaviləsi 2020-ci ilin yayınadək nəzərdə tutulub. Milner yanvardan etibarən istədiyi klubla danışıqlar apara bilər.

İngiltərəli futbolçu 2015-ci ildən Mersisayd klubunda çıxış edir. O, cari mövsümdə Premyer Liqada 3 oyunda iştirak edib.