
“Liverpul”da gərginlik: Baş məşqçi ilə futbolçu arasında
“Liverpul”un baş məşqçisi Arne Slotla komandadan bir futbolçu arasında gərginlik yaşanıb.
Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, ötən həftə komandanın paltardəyişmə otağında niderlandlı baş məşqçi ilə yarımmüdafiəçi Körtis Cons arasında gərgin anlar yaşanıb. Detallar açıqlanmır.
25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, bir məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bu xəbər “Liverpul”un daxili atmosferini və komanda içərisindəki nizam-intizam məsələlərini diqqət mərkəzinə gətirir. “Qırmızılar” üç gün əvvəl UEFA Çempionlar Liqasının 8-ci turunda, evdə “Qarabağ”ı məğlub edib – 6:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



