“Liverpul”a 47 milyon avro təklif edəcəklər – Ərəblər

“Əl-İttihad” klubu Fabinyo üçün “Liverpul”a böyük təklif göndərməyə hazırlaşır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Fabinyonu 40 milyon funt-sterlinqə (təxminən 47 milyon avro) transfer etmək üçün konkret təkliflə “Liverpul”a müraciət etmək istəyir.

Qərarın tez olacağı gözlənilir: braziliyalı futbolçu ya satışa razı olacaq, ya da olmayacaq.

“Liverpul” Fabinyo ayrılacağı təqdirdə, yarımmüdafiə xəttini gücləndirmək üzərində işləyir. Hədəflər arasında “Sauthempton”un yarımmüdafiəçisi Romeo Lavia da var.

Fabinyonun “Liverpul”la müqaviləsi 2026-cı ilə qədərdir. O, “Əl-İttihad”a keçərsə, Kərim Benzema və Nqolo Kantenin komanda yoldaşı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button