
Slotun taleyi Çempionlar Liqasına vəsiqədən asılıdır
Baş məşqçi Arne Slotun “Liverpul”dakı gələcəyi sual altındadır.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, komanda mövsümün yekununda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Mersisayd klubunun rəhbərliyi nidarlandlı mütəxəssislə yolları ayıra bilər.
“Liverpul” son turda “Mançester Siti”ni qəbul edib. Qarşılaşma meydan sahibləri üçün uğursuz alınıb. Komanda matçın son dəqiqələrində buraxdığı iki qolla 1:2 hesablı məğlubiyyətə üzülüb.
Arne Slotun rəhbərlik etdiyi komanda hazırda İngiltərə Premyer Liqasında 25 turdan sonra 39 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bu isə “Liverpul” üçün mövsümün əsas hədəfi olan Çempionlar Liqasına vəsiqəni risk altına salır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



