“Liverpul” rekordunu təkrarlayıb

İngiltərə çempionatının 26-cı turunun matçında “Liverpul” doğma meydanda “Luton”u məğlub edib (4:1).

Komanda.az xəbər verir ki, mersisaydlılar ilk hissədən sonra 0:1 geridə olublar və ikinci hissədə dörd qol vurublar.

Beləliklə, komanda bu mövsüm Premyer Liqada geri dönüş edərək 22 xal toplayıb. Bu rəqəm 2023/24 mövsümündə İngiltərə çempionatı klubları üçün rekorddur.

Premyer Liqa rekordu da 2008/09 mövsümündə 22 xal toplayan “Liverpul”a məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button