“Liverpul” onunla yollarını ayırır

İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi ilə bağlı qərarını verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” klubla müqaviləsi cari mövsümün sonunda bitəcək Adam Lallana ilə yollarını ayıracaq. 31 yaşlı futbolçunun xidmətində maraqlı olmayan klub, ona yeni müqavilə təklif etməkdən imtina edib. Rəhbərliyin futbolçu üçün gələn təklifləri gözdən keçirdiyi və qış transfer pəncərəsi dövründə satmaq istədiyi bildirilir.

2014-cü ildən “Liverpul”da çıxış edən ingiltərəli futbolçu, cari mövsümdə Premyer Liqada 3 oyunda əvəzetmədən meydana daxil olub.