“Liverpul” ondan imtina edir – türk futbolçuya görə

“Liverpul”un “Şalke”dən Ozan Kabakı heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu bu transferi tamamlamağa yaxındır. Məlumata görə, klub yanvarda Bundesliqa təmsilçisinə rəsmi təklif göndərməyi planlaşdırır. “Liverpul”un 20 yaşlı türk futbolçu üçün qarşı tərəfə Divok Origini təklif edəcəyi bildirilir. Ozanın “Liverpul”a keçməyə müsbət yanaşdığı deyilir.

Ozan Kabakın “Şalke” ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button