“Liverpul” gürcü qapıçını transfer edə bilər

“Valensiya”da çıxış edən gürcüstanlı qapıçı Giorgi Mamardaşvili karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 23 yaşlı qolkiperin xidmətində “Liverpul” maraqlıdır.

“Liverpul” Alisson Bekkerdən ayrılacağı təqdirdə, Mamardaşvilinin namizədliyini nəzərdən keçirəcək. Braziliyalı qolkiper “qırmızılar”ı tərk edərək, Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.

Mamardaşvilinin bazar dəyəri 35 milyon avro qiymətləndirilir. Gürcü futbolçu ilə “Valensiya” arasındakı müqavilə 2027-ci ilin iyunun sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button