Liqa 1 klubunda yeni baş məşqçi

Fransanın “Oser” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Kristof Pellisye çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2+1 illik müqaviləyə imza atıblar.

Pellisye “Oser”də istefaya göndərilmiş Jan-Mark Furlanı əvəz edib. Onun istefasına komandanın uğursuz nəticələri səbəb olub.

“Oser” bu mövsüm Liqa 1-də keçirdiyi 12 oyunda cəmi 2 qələbə qazanıb. 3 heç-heçə edən və 7 məğlubiyyətlə üzləşən komanda hazırda 9 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button