Marseldəki iğtişaşların nəticəsi: 5 polis yaralanıb, 9 nəfər saxlanılıb

Fransa polisi “Marsel” – “Lion” matçının ləğvinə səbəb olan iğtişaşların iştirakçısı olduğu iddia edilən 9 nəfəri saxlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin məlumat yayıb:

“Beş polis əməkdaşı yaralanıb, 9 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşların qalan iştirakçılarının saxlanılması üçün küçə müşahidə kameralarının görüntülərini incələməyə davam edəcəklər”.

Dünən oyun başlamamışdan əvvəl bir qrup “Marsel” azarkeşi “Lion”un futbolçuları və məşqçilər heyətinin olduğu avtobusa daş atıblar. Qonaqların baş məşqçisi Fabio Qrosso üzündən xəsarət alıb. İğtişaşlar fonunda Fransa Futbol Federasiyası matçın ləğv olunduğunu elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button